İranın raket zərbələri nəticəsində İsrailin müxtəlif bölgələri ardıcıl hücumlara məruz qalır.
Musavat.com xəbər verir ki, son saatlarda atılan raketlər bir neçə şəhərdə ciddi dağıntılara səbəb olub, yaşayış məntəqələrində partlayış səsləri eşidilib.
Videogörüntülərdə və sosial şəbəkələrdə yayılan kadrlarda şəhərlərin üzərində partlayışlar, alovlanan obyektlər və dağıntılar aydın görünür.
İsrailin hava hücumundan müdafiə sistemlərinin İran raketlərinin qarşısını almaqda çətinlik çəkdiyi bildirilir. Bir sıra raketlərin hədəflərə çatdığı, nəticədə şəhərlərdə panikanın artdığı qeyd olunur. Əhali təşviş içində sığınacaqlara üz tutur.
Musavat.com






