İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Dəməşqə zərbələri nəticəsində ölənlərin sayı 20-yə çatıb

633 29.11.2025 09:27 Hadisə A A

İsrail Müdafiə Qüvvələrinin Suriyanın Dəməşq əyalətindəki Beyt Jann şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Musavat.com xəbər verir ki, məlumatı Syria TV Suriyanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yayıb.

Daha əvvəl verilən məlumatda zərbə nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 13 nəfərin həlak olduğu, 25 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək dünən İsrail ordusu Suriyanın Beyt Jann şəhərinə hava hücumları və artilleriya zərbələri endirib. İsrail hərbi patrulunun əraziyə daxil olduğu və bunun patrulla yerli sakinlər arasında toqquşmalara səbəb olduğu bildirilirdi. Syria TV-nin məlumatına görə, basqın zamanı üç nəfər saxlanılıb.

Suriya Xarici İşlər Nazirliyi İsrailin zərbələrini qətiyyətlə pisləyərək onları müharibə cinayəti adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR