İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraillə Livan arasında yeni razılaşma: Hizbullah bunu etsə, baş tutacaq

314 04.06.2026 08:39 Siyasət A A

İsrail və Livan Hizbullah-ın hücumlarının tamamilə dayandırılması şərti ilə atəşkəsə riayət etmək barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, məlumatı danışıqlarda vasitəçilik edən ABŞ Dövlət Departamenti yayıb:

"ABŞ-ın rəhbərlik etdiyi danışıqlar nəticəsində İsrail və Livan atəşkəsə razılaşıblar. Bu, Hizbullah-ın tam atəşkəs elan etməsi və bütün Hizbullah döyüşçülərinin Litani çayının cənubundakı sektordan təxliyə edilməsindən asılıdır".

Qeyd olunur ki, tərəflər həmçinin tamamilə Livan silahlı qüvvələri tərəfindən idarə olunacaq pilot zonaların yaradılması barədə razılığa gəliblər: "İsrail və Livan bir-birinə qarşı düşmənçilik niyyətlərinin olmadığını təsdiqləyiblər və etimad yaratmaq, bütün həll olunmamış məsələləri həll etmək və iki ölkə arasında hərtərəfli razılaşmaya doğru işləmək üçün birbaşa danışıqları davam etdirməyə sadiqdirlər".

Bildirilib ki, İsrail və Livan "hərtərəfli razılaşmaya nail olmaq məqsədi ilə 22 iyun həftəsində siyasi və təhlükəsizlik müzakirələrini bərpa etmək" barədə razılığa gəliblər.

ABŞ həmçinin "aralıq müddətdə iki tərəf arasında təmasları asanlaşdırmağa" razılaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR