İnsanlara hürriyət, millətlərə istiqlal!

İyunun 7-də ÇALXALANAN ERMƏNİSTAN, Paşinyan üçün “növbəyə duran” liderlər - Rauf Arifoğlu ilə MÜZAKİRƏ VİDEO

745 09.06.2026 12:12 Gündəm A A

ARB24 televiziyasının “İşgüzar səhər” proqramının canlı yayımının qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğludur.

Musavat.com xəbər verir ki, proqram Çinarə Nurməmmədovanın moderatorluğu ilə yayımlanır. 

Verilişdə iyunun 7-də Ermənistanda keçirilən səs-küylü parlament seçkiləri müzakirə olunur.

Canlı efirdə həmçinin Ermənistanda baş tutan parlament seçkilərində Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyasının 49,83% səslə qalib gəlməsi və 105 yerlik parlamentdə, ilkin nəticəyə görə, 64 mandat əldə etməsinin Rusiyada aqressiya ilə qarşılanması ətrafında fikir mübadiləsi aparılır. Müzakirələrdə Avropa liderlərinin Nikol Paşinyanı təbrik etmək üçün “növbəyə durmaları” məsələsi də diqqət çəkir.

Musavat.com canlı yayımı təqdim edir:

 

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası seçicilərin 49,83 % səsini toplayıb. İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan “Güclü Ermənistan” Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,93 % səs alıb.

Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR