İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Karapetyan hakimiyyət qarşısında iki QƏTİ ŞƏRT qoydu

980 12.06.2026 15:13 Dünya A A

Ermənistanda iyunun 7-də keçirilən səs-küylü parlament seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra ölkədə daxili siyasi qarşıdurma yeni mərhələyə qədəm qoyub.

Musavat.com xəbər verir ki, seçkilərdə təxminən 23,29% səs toplayaraq ikinci yeri tutan rusiyalı milyarder, "Kalunqa oliqarxı" kimi tanınan Samvel Karapetyanın rəhbərlik etdiyi rusiyalıpərəst "Güclü Ermənistan" müxalifət bloku Baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı rəsmi şəkildə ultimatum xarakterli tələblər irəli sürüb.

İrəvanda tərəfdarları qarşısında təcili brifinq keçirən müxalifət lideri Samvel Karapetyan, mərkəzi hakimiyyətin seçki prosesi zamanı kütləvi saxtakarlıqlara yol verdiyini idarə edərək siyasi gərginliyi daha da alovlandıracaq bəyanatlar səsləndirib: "Biz Nikol Paşinyanın və onun komandasının ölkəni fəlakətə sürükləyən hakimiyyətdən qanuni yollarla kənarlaşdırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Hazırda rəsmi şəkildə Mərkəzi Seçki Komissiyasına müraciət etmişik ki, onlar seçki gecəsi etdikləri bağışlanmaz səhvlərini və günahlarını dərhal düzəltsinlər. Əgər MSK bizim şikayətlərimizi təmin etməsə, növbəti addımımız birbaşa Konstitusiya Məhkəməsinə getmək olacaq".

Karapetyan ölkəni böhrandan çıxarmaq və legitimliyi bərpa etmək məqsədilə rəsmi İrəvanın qarşısında iki qəti və alternativsiz şərt qoyduqlarını bəyan edib: "Biz Ermənistan hakimiyyətinə iki şərt təklif edirik: ölkədə ya tamamilə yeni və şəffaf parlament seçkiləri təşkil olunmalı, ya da seçkilərin ikinci turu təyin edilməlidir. Hakimiyyət bu iki variantdan hansını seçəcəksə, biz də müxalifət olaraq onu qəbul edib mübarizəmizi davam etdirəcəyik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR