Avropa İttifaqında Ukraynaya Rusiyanın dondurulmuş aktivləri hesabına kredit verilməsi ilə bağlı müzakirələr çətinliklə davam edir.
Musavat.com xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas açıqlayıb.
Onun sözlərinə görə, məsələ üzrə hələlik yekun razılıq əldə olunmayıb:
“Biz buna hələ nail olmamışıq və bu, çətindir. Amma işimizi davam etdiririk. Hələ bir neçə günümüz var”, – deyə Kallas bildirib.
Kallasın etirafı Aİ daxilində bu təşəbbüs ətrafında ciddi fikir ayrılıqlarının mövcud olduğunu bir daha göstərir. Bir sıra üzv ölkələr hüquqi və maliyyə risklərinə görə ehtiyatlı mövqe tutur, bu da qərarın qəbulunu ləngidir.
Musavat.com






