Nikol Paşinyanın rəqibi milyarder Samvel Karapetyanın qardaşı oğlu, “Öz yolu ilə” hərəkatının koordinatoru Narek Karapetyanın hərbi xidmətdən yayındığı məlum olub.
Musavat.com-un məlumatına görə, bu fakt Ermənistanda ciddi rezonans doğurub. Bəziləri bu yaxınlarda Karapetyanın aktiv siyasi fəaliyyəti fonunda onun hərbi xidmət keçməsi məsələsini gündəmə gətirib.
Karapetyan necə və niyə xidmət etmədiyini açıqlayıb. O, Ermənistan hakimiyyətinin tənqidlərinə cavab verib.
Sosial şəbəkələrdə yayımlanan videoda Narek Karapetyan 2018-ci ildə ölkənin o vaxtkı baş hərbi komissarı Henrik Muradyana göndərdiyi məktubu paylaşıb. Məktubda Karapetyan orduda xidmət etmək və bununla da borcunu ödəmək arzusunu ifadə edib, bundan imtina edilib. İddia olunur ki, o, səhhətinə görə uzun müddət xidmətdən azad edilib.
Lakin hərbi biliklərə yiyələnmək istəyən Karapetyan iddia edib ki, sonradan adını yaxın zamanlarda açıqlayacağı hərbiləşdirilmiş təşkilatlardan birində təlim keçib.
Musavat.com






