Musavat.com xəbər verir ki, Kanadanın Halifaks şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Forumunda çıxış edən dünya şöhrətli şahmatçı və rusiyalı müxalif siyasətçi Hari Kasparov NATO-ya kəskin ittihamlar səsləndirib.
Kasparov çıxışında bildirib ki, alyansın qərarsızlığı və sonsuz müşavirələrə üstünlük verməsi Rusiyanın maraqlarına xidmət edir. Onun sözlərinə görə, Qərbin ləng reaksiyası xüsusilə Ukrayna məsələsində Kremlin mövqeyini gücləndirir.
Kasparov forumda belə deyib: “Bu, Putinin xəyal edə biləcəyi ən yaxşı şoudur. Siz sonsuz müşavirələr keçirəcəksiniz və bu proses əbədiyyən davam edəcək”.
Musavat.com xəbər verir ki, şahmat dahisi NATO-nun gecikmələrinin həm regionda, həm də qlobal təhlükəsizlik müstəvisində Qərb üçün ciddi itkilər yaratdığını vurğulayıb.
Musavat.com






