İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev boşaldılır - 600 min adam paytaxtı tərk etdi - FOTOLAR

1923 22.01.2026 12:49 Dünya A A

Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, onun son çağırışından sonra təxminən 600 min nəfər paytaxtı könüllü şəkildə tərk edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, mövcud vəziyyət minlərlə ailənin gündəlik həyatını iflic edib, sosial gərginliyi artırıb və ölkə daxilində yeni siyasi qarşıdurmaların yaranmasına səbəb olub.

Merin qiymətləndirməsinə əsasən, Rusiya Silahlı Qüvvələrinin davam edən zərbələri və şaxtalı hava şəraiti fonunda Kiyevdə humanitar fəlakət riski artıb. Ölkənin baş naziri Yuliya Sviridenko küçələrdə sakinləri isti yeməklə təmin edən mobil mətbəxlərin qurulduğunu açıqlayıb.

Ukrayna hakimiyyəti Kiyevdə genişmiqyaslı elektrik enerjisi kəsintisinin (bləkaut) baş verdiyini etiraf edir ki, bu da humanitar fəlakətə yol aça bilər. Baş nazir Yuliya Sviridenko Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin şəhər küçələrində sakinlər üçün isti yemək təqdim edən mobil mətbəxlər yerləşdirdiyini bildirib.

3 milyondan çox əhalisi olan paytaxtdan təxminən 600 min nəfər getsə də, Kliçko onu da deyib ki, hamının gedəcək yeri yoxdur. Mer bir daha imkan daxilində şəhəri tərk etməyə çağırıb, çünki güclü paytaxtda temperatur –20 dərəcəyə düşür, üstəlik Kiyevə raket zərbələri də davam edir. Proqnozlara görə, kəskin mənfi temperaturlar daha iki həftə davam edəcək.

Picture background

Merin sözlərinə görə, bu şəraitdə minlərlə çoxmənzilli bina istiliklə təmin olunmur. Boruların partlamasının qarşısını almaq üçün mərkəzləşdirilmiş istilik təchizatı sistemindən suyun boşaldılması göstərişi verilib. sabiq Energetika naziri Denis Şmıqal Ali Radada bildirib ki, paytaxt müharibə şəraiti nəzərə alınmaqla istilik mövsümünə lazımi səviyyədə hazırlaşdırılmayıb.

Picture background

Eyni zamanda, Zelenski də paytaxt rəhbərliyini tənqid edərək bildirib ki, şəhərdə Rusiya zərbələri və şaxtaların nəticələrinin aradan qaldırılmasında “yetərli fəallıq” görmür.

Qeyd edək ki, qış mövsümü ərəfəsində ukraynalı müşahidəçilər Kiyevin mümkün təxliyəsi barədə də danışırdılar. Lakin əksəriyyət bu qənaətə gəlmişdi ki, hakimiyyət belə bir addıma hazır olmadığı üçün kütləvi evakuasiya həyata keçirilməyəcək.

Davosda çıxış edən Ukraynanın ən böyük enerji şirkəti DTEK-in baş direktoru Maksim Timçenko ölkənin enerji sisteminə yardım göstərilməsinə çağırıb.

Böhran əhalinin sosial vəziyyətinə də ciddi təsir göstərir. “The New York Times” qəzetinin yazdığına görə, Ukraynada müharibənin dayandırılması naminə kompromisə getməyə hazır olan vətəndaşların sayı artır. Xüsusilə cəbhədə xidmət edən hərbçilərin ailə üzvləri arasında bu əhval-ruhiyyənin daha güclü olduğu bildirilir.

Musavat.com

Picture backgroundPicture background

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR