İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə intriqa: Yermak və Zelenski arasında qapalı “marafon” söhbəti

525 30.11.2025 14:26 Dünya A A

Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyakın məlumatına görə, vəzifədən kənarlaşdırıldıqdan sonra Andrey Yermak yenidən Bankovaya – Prezident Administrasiyasına gedib və Prezident Vladimir Zelenski ilə bir neçə saat davam edən qapalı görüş keçirib.

Musavat.com-un məlumatına görə Jeleznyak əlavə edib ki, Yermakın istefasına baxmayaraq, onun Bankovaya girişində heç bir məhdudiyyət olmadığı görünür və o, Zelenski ilə “uzun, detallı və təkbətək söhbət” aparıb.

Mənbələr bu görüşün mövzusunun açıqlanmadığını bildirir, lakin Yermakın istefası ətrafında yaranmış siyasi qalmaqal, evində aparılan axtarışlar və müsadirə edilən cihazlarla bağlı istintaq fonunda bu görüş xüsusi diqqət çəkib.

Kiyev siyasi dairələri Yermakın hələ də Zelenskiyə təsir göstərə biləcək əsas fiqurlardan biri olaraq qaldığını, görüşün isə onun real nüfuzunun azalmadığını göstərdiyini qeyd edirlər.

Rəsmi Administrasiya hadisə ilə bağlı açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR