İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə raket və dronlarla hücum — şəhərdə partlayış səsləri eşidilir

501 29.11.2025 03:23 Dünya A A

Musavat.com xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Kiyevə doğru yüksək sürətlə gələn hava hədəflərinin qeydə alındığını açıqlayıb.

Bundan öncə hava qüvvələri paytaxt üzərində ballistik silah tətbiqi təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Kiyev Şəhər Hərbi Administrasiyası bildirir ki, Rusiya qüvvələri şəhərə raketlər və dronlarla hücum edir. Paytaxtın bir neçə rayonunda artıq partlayış səsləri eşidilib.

Bundan əvvəl şəhər üzərində PUA-ların uçduğu xəbər verilmişdi. Administrasiya hücumun əvvəlki mərhələsində Darnitsa və Şevçenko rayonlarında dağıntıların qeydə alındığını, bir çoxmərtəbəli binanın zədələndiyini bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR