İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidze avropalıları şantajda ittiham edir

302 29.12.2025 18:48 Dünya A A

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Gürcüstanla bağlı mümkün qərarları fonunda Brüsselin praqmatik mövqe tutacağına ümid etdiyini bildirib.

Musavat.com xəbər verir ki, o, bu fikirləri yerli “İmedis kvira” proqramına müsahibəsində səsləndirib.

Kobaxidze Avropa İttifaqı ilə vizasız rejimin dayandırılması ehtimalına dair sualı cavablandırarkən qeyd edib ki, Gürcüstana qarşı mənfi mövqedə olan qüvvələr bu mövzunu təzyiq aləti kimi gündəmdə saxlamağa çalışırlar. Baş nazirin sözlərinə görə, həmin dairələr bu mexanizmdən istifadə etməklə ölkə daxilində gərginlik yaratmaq niyyətindədir.

O vurğulayıb ki, bu cür yanaşmaların real təsir gücü yoxdur və hakimiyyətin xaricdən müdaxilə yolu ilə dəyişdirilməsi mümkün deyil. Kobaxidzenin fikrincə, əvvəlki cəhdlər nəticəsiz qaldığı kimi, bu istiqamətdə atılacaq növbəti addımlar da uğur gətirməyəcək. Baş nazir bildirib ki, söhbət süni şəkildə saxlanılan prosesdən gedir və onun məqsədi Gürcüstanda daimi təzyiq mühiti formalaşdırmaqdır.

Eyni zamanda Kobaxidze qeyd edib ki, bu “təzyiq aləti” artıq əvvəlki təsir gücünü itirib. Onun sözlərinə görə, məhz bu səbəbdən Avropa bürokratiyasının sonda praqmatik yanaşmanı seçəcəyi və Gürcüstan cəmiyyətində narazılıq doğura biləcək qərarlardan çəkinəcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR