Musavat.com xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Tiflisə qarşı irəli sürdüyü tələblərlə bağlı sərt açıqlama verib.
Onun sözlərinə görə, Avropa bürokratiyası Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı artıq açıq şəkildə tələb edir, halbuki eyni tələblər Moldova və Ermənistana irəli sürülmür.
Baş nazir bildirib ki, əvvəllər Aİ rəsmiləri bu mövzudan yayınaraq Gürcüstandan sanksiyalara qoşulmağın tələb olunmadığını deyirdilər. Lakin hazırda vəziyyət dəyişib və məsələ birbaşa gündəmə gətirilib.
Kobaxidze vurğulayıb ki, Avropa bürokratiyası nə Moldova, nə də Ermənistan qarşısında bu cür şərtlər qoyub:
“Onlar iddia edə bilməzlər ki, Moldova Avropa İttifaqına üzv olmaq istəmir. Amma buna baxmayaraq, Moldovadan və Ermənistandan Gürcüstandan tələb edilənlər istənilmir”.
Musavat.com






