Musavat.com xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Silk Way telekanalına müsahibəsində Azərbaycan–Ermənistan sülh prosesinin regional və qlobal nəqliyyat şəbəkələrinə təsirinə dair mühüm açıqlamalar verib.
Koştanın sözlərinə görə, iki ölkə arasında sülh sazişinin imzalanması Orta Dəhliz və Transxəzər marşrutunun inkişafına yeni dinamika gətirə bilər. O vurğulayıb ki, Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə xəttini birləşdirən bu strateji marşrutun gələcəyi regionda davamlı sabitliyə birbaşa bağlıdır.
“Bu, Qara dənizə çıxan nəqliyyat marşrutunun tam şəkildə inkişafı üçün geniş imkanlar yaradır”, — deyə Koşta qeyd edib.
Aİ rəsmisinin fikrincə, sülh prosesi yalnız Cənubi Qafqaz üçün deyil, həm də Avropa və Asiyanı birləşdirən ticarət-logistika şəbəkələri üçün ciddi geoiqtisadi əhəmiyyət daşıyır.
Musavat.com






