İnsanlara hürriyət, millətlərə istiqlal!

Koxalski “Qarabağ”dan ayrılacaq? - polyak qərarını verdi

4310 26.12.2025 18:24 İdman A A

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski gələcək karyerası ilə bağlı qərar verib.

Musavat.com Sportal.az-a istinadən xəbər verir ki, polyak qapıçıya Avropanın bir çox klubundan təklif olsa da, Koxalski "Qarabağ"dan ayrılmayacaq.

Mateuşun Ağdam klubunda qalmaq istədiyi üçün hələ ki təklifləri geri çevirib. Misli Premyer Liqasının 16-cı turunun "Qəbələ" ilə matçından sonra da bu barədə fikrini rəhbərliyə bildirib.

25 yaşlı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2024-cü il avqust ayında Ağdam klubu ilə anlaşıb. Koxalski "Legiya", "Radomiak", "Stal" klublarının qapısını qoruyub. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR