İnsanlara hürriyət, millətlərə istiqlal!

KQB-nin ən məşhur casusu ABŞ həbsxanasında VƏFAT ETDİ

932 07.01.2026 11:14 Dünya A A

ABŞ-da Soyuq Müharibə dövrünün ən tanınmış casuslarından biri, KQB üçün işləyən keçmiş MKİ əməkdaşı Aldriç Eyms vəfat edib.

Musavat.com xəbər verir ki, o, 5 yanvarda 84 yaşında ABŞ həbsxanasında dünyasını dəyişib. Eyms 1994-cü ilin fevralında həbs olunub, günahını etiraf edib və şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına məhkum edilib.

İstintaq məlumatlarına görə, o, ABŞ-ın 100-dən çox kəşfiyyat əməliyyatını təhlükəyə atıb və 30-dan çox agentin kimliyini açıqlayıb. ABŞ xüsusi xidmətləri bildirir ki, bu, MKİ-nin ən azı 10 agentinin ölümünə səbəb olub.

Eyms 1985-ci ildə Sovet KQB-si ilə əməkdaşlığa başlamış və 9 il ərzində təxminən 2,5 milyon dollar qazanaraq lüks həyat tərzinə xərcləyib. İstintaqın fikrincə, casusluq etməsinin əsas səbəbi borclar və maliyyə problemləri olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR