İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Ermənistandan izahat TƏLƏB EDİR

708 10.05.2026 15:33 Siyasət A A

Moskva müttəfiq İrəvanın Volodimir Zelenskiyə rusofob çıxışlar üçün platforma verməsini qeyri-normal hesab edir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanatla çıxış edib.

Peskov "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib ki, Ermənistan Aİ ilə sammit də daxil olmaqla istənilən tədbiri keçirmək hüququna malikdir.

Lakin Kreml rəsmisi vurğulayıb ki, anti-Rusiya bəyanatları üçün şəraitin yaradılması qəbulolunmazdır: "Bu, bizim İrəvanla münasibətlərimizin ruhuna uyğun gəlmir".

Rusiya tərəfi bu vəziyyətlə bağlı rəsmi İrəvandan aydınlıq gətirilməsini gözləyir.

Dmitri Peskov əlavə edib ki, Moskva Ermənistandan səslənən anti-Rusiya bəyanatlarının səbəbini anlamaqda çətinlik çəkir: "Biz bunu başa düşmürük. Niyə Ermənistan hökumət başçısı öz bəyanatları ilə bunu balanslaşdırmağa çalışmır? Hələlik bunu izah edə bilmirik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR