Rusiya hakimiyyəti Donbas və digər işğal altında olan ərazilərdə mənzillərin kütləvi müsadirəsi ilə bağlı yeni qaydaları qüvvəyə mindirib.
Musavat.com xəbər verir ki, qərara əsasən, Rusiya tərəfindən təyin olunmuş “yerli hakimiyyətlər” ev və mənzilləri “sahibsiz” elan edərək onları istənilən şəxsə verə biləcək. Bu mexanizmin tətbiq müddəti 2030-cu ilə qədər uzadılıb.
Məlumata görə, prosedurun dəqiq qaydaları müəyyən edilməyib. Bu isə həm müharibə səbəbilə evini tərk etmiş ukraynalıların, həm də hazırda öz mənzillərində yaşayan sakinlərin risk altında qalmasına səbəb olur.
Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (CPD) bildirir ki, müsadirə olunan mənzillər əsasən Rusiyadan gətirilən hərbçilərə, güc strukturlarının əməkdaşlarına və məmurlara veriləcək.
Musavat.com






