Kremlə yaxın media resurslarında Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun makiyajsız görüntüləri yayılıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan kadrlar liderlərin yaşı, fiziki görünüşü və sağlamlıq vəziyyəti ilə bağlı müzakirələri yenidən alovlandırıb. Paylaşımlarda dövlət başçılarının yorğun və yaşlanmış göründüyü vurğulanır.
Tənqidçilər hesab edirlər ki, bu görüntülər uzun illər davam edən hakimiyyət yükünün və yürüdülən sərt siyasi kursun fiziki təsirlərini açıq şəkildə göstərir. Onların fikrincə, fotolar regionda qəbul edilən ağır siyasi qərarların insan amilinə təsiri barədə sualları aktuallaşdırır.
Müzakirələr fonunda əsas ittihamlardan biri Moskva–Minsk tandeminin seçdiyi xəttin hakimiyyətin mütləqləşdirilməsinə xidmət etməsi və bu prosesdə minlərlə insanın taleyinin risk altına düşməsi ilə bağlıdır.
Musavat.com






