İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml təsdiqlədi: Putin və Tramp yaxın vaxtlarda telefonla danışıb

683 16.12.2025 14:57 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, Putin Tramp ilə nisbətən yaxın dövrdə danışıb və bu barədə məlumatlar Kremlin açıq mənbələrində artıq dərc olunub. Onun sözlərinə görə, söhbət gizli xarakter daşımayıb və rəsmi məlumatlarda əksini tapıb.

Qeyd edək ki, dünən Donald Tramp jurnalistin sualını cavablandırarkən Vladimir Putinlə bu yaxınlarda telefon danışığı apardığını təsdiqləmişdi. Beləliklə, Peskovun açıqlaması Trampın sözlərini rəsmi şəkildə təsdiqləmiş olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR