İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Makronun açıqlamasına REAKSİYA

713 10.02.2026 14:56 Dünya A A

Kreml Rusiya ilə Fransa arasında texniki səviyyədə təmasların yenidən bərpa olunduğunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, Kreml hələlik Parisin ən yüksək səviyyədə dialoqu bərpa etmək istəyi ilə bağlı konkret siqnallar görmür.

Bununla belə, Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə münasibətlərin normallaşdırılmasının vacibliyi barədə fikirləri Moskvada müsbət qarşılanıb.

Onun sözlərinə görə, Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında növbəti danışıqlar raundunun konkret tarixi hələ müəyyənləşməyib.

Kreml həmçinin Türkiyənin xarici işlər nazirinin mümkün nüvə silahlanması yarışı ilə bağlı bəyanatına diqqət yetirildiyini vurğulayıb.

Peskov qeyd edib ki, mövcud nüvə silahlarının yayılmaması rejimi qlobal təhlükəsizliyin əsas sütunlarından biridir və bütün nüvə dövlətləri yeni silahlanma yarışının qarşısını almaq üçün məsuliyyətli davranmalıdır.

Bundan əlavə, Vladimir Putinin bu gün beynəlxalq telefon danışığı aparacağı da bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR