Krımın yarısında elektrik enerjisinin verilişi dayanıb.
Musavat.com xəbər verir ki, ruslar genişmiqyaslı elektrik kəsintisini enerji şəbəkəsində baş vermiş qəza ilə izah ediblər.
Lakin gecə saatlarında həyata keçirildiyi bildirilən kütləvi hücumlar, Sevastopoldakı hərbi hissələrdə həyəcan siqnalının verilməsi və körfəzin gəmilər üçün bağlanması fonunda bu versiya suallar yaradır.
Yayılan görüntülərdə Kerç şəhərində yerləşən istilik-elektrik stansiyasında baş verən hadisələrin elektrik kəsintisinin səbəbi ilə bağlı fərqli ehtimallar doğurduğu qeyd olunur.
Məlumata görə, elektrik enerjisinin verilişinin 24 saat ərzində bərpa ediləcəyi vəd olunub.
Musavat.com






