Rusiya xarici işlər naziri Sergey Lavrovun növbəti açıqlamaları beynəlxalq gündəmdə müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Lavrovun sözlərinə görə, ABŞ tərəfi guya “reallığı başa düşdüyünü” etiraf edərək Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmadığını qəbul edib.
Rusiya XİN rəhbəri iddia edib ki, Vaşinqton eyni zamanda “əsrlər boyu rusların yaşadığı torpaqların yenidən Rusiyaya qayıtması” ideyasına da anlayışla yanaşıb. Lakin söhbətin konkret olaraq hansı ərazilərdən getdiyini və bu iddiaların hansı hüquqi və ya tarixi xəritələrə əsaslandığını Lavrov açıqlamayıb.
Lavrov həmçinin Moskvanın irəli sürdüyü digər “əsas şərtlər” sırasında Ukraynada Ukrayna Pravoslav Kilsəsinin (UOC) hüquqlarının bərpasını və rus dilinin statusu ilə bağlı məsələləri də qeyd edib.
Musavat.com






