İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov onlara qələbə arzulayıb

1625 10.02.2026 15:04 Dünya A A

Ermənistan parlamentinin sədri Alen Simon­yan Rusiya xarici işlər naziri Sergey Lavrovla son görüşünün nəticələri ilə bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, təxminən iki saat davam edən görüş olduqca gərgin, açıq və məzmunlu şəraitdə keçib.

Erməni spikerin sözlərinə görə, səfərin əsas məqsədi qarşılıqlı narahatlıqların açıq şəkildə müzakirəsi olub: Ermənistan tərəfi öz narahatlıqlarını, Rusiya tərəfi isə mövqeyini təqdim edib. Müzakirə qarşılıqlı ittihamlarla məhdudlaşmayaraq konstruktiv məcraya yönəlib. Görüş zamanı konkret praktik təkliflər irəli sürülüb - Rusiyanın Ermənistan iqtisadiyyatına investisiyalarının cəlb edilməsi, Rusiyada Ermənistan mədəniyyəti günlərinin təşkili və ikitərəfli əməkdaşlıq çərçivəsində digər layihələr müzakirə olunub.

Söhbətin ümumi müddəti 1 saat 40 dəqiqə təşkil edib. Simon­yan etiraf edib ki, görüşün hansı hissəsinin açıq, hansının qapalı formatda keçirildiyini dəqiq bilməyib və birbaşa yayımlandığını öyrənəndə təəccüblənib.

Spiker bildirib ki, müzakirələr zamanı Lavrov TRIPP layihəsinə də toxunaraq dəyişən reallığı qeyd edib. Buna cavab olaraq Simon­yan vurğulayıb ki, həqiqətən də reallıq artıq başqadır və bu yeni şəraitdə Rusiya TRIPP-də birbaşa iştirak etmədən alternativ infrastrukturun tikintisi, bərpası və istismarı prosesinə cəlb oluna bilər.

Onun fikrincə, TRIPP-də iştirak hazırda real görünmür. Simon­yan bu təklifi olduqca maraqlı hesab etdiyini bildirib və Moskvanın buna cavab verəcəyinə əminliyini ifadə edib.

Alen Simon­yan qeyd edib ki, Rusiyadan səslənən bəzi sərt bəyanatlar, o cümlədən Ermənistan ərazisində guya “xüsusi hərbi əməliyyat” aparılması ilə bağlı səsləndirilən fikirlər İrəvanda ciddi narahatlıq doğurub və o, bütün bu məsələləri Lavrovun diqqətinə çatdırıb. Onun sözlərinə görə, Lavrov cavabında bildirib ki, rəsmi Moskva bu cür bəyanatların arxasında dayanmır və bunlar yalnız ayrı-ayrı şəxslərin fikirləridir. Rusiya Ermənistanın daxili və xarici siyasətinə müdaxilə etmək niyyətində deyil.

“Bir məqamda onlar hətta bizə - hakim partiyaya qarşıdan gələn seçkilərdə uğurlar arzuladılar”, - deyə Ermənistan parlamentinin sədri bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR