İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan Rubionun "Alyaska" açıqlamasına reaksiya: "Bu, o qədər də zərif səslənmir"

634 26.06.2026 14:58 Dünya A A

Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubionun Alyaska görüşü və orada əldə olunmuş gizli razılaşmaların hüquqi statusu barədə verdiyi bəyanata kəskin reaksiya göstərib.

Musavat.com xəbər verir ki, Rusiya XİN rəhbəri amerikalı həmkarının Alyaskada sadəcə "təklif irəli sürüldüyü, lakin heç bir sazişin olmadığı" barədə tezisinə qarşı çıxaraq danışıqların real pərdəarxası detallarını açıqlayıb. Lavrov rəsmi Vaşinqtonun mövqeyini tənqid edərək deyib: "Həmkarım Marko Rubio Alyaskada yalnız təkliflərin olduğunu, sazişin isə əldə edilmədiyini deyəndə, bu, məndə bizim 'saziş' dedikdə nəyi nəzərdə tutduğumuzla bağlı ciddi sual doğurur. Əgər bir tərəf, bu halda ABŞ, böhranın nizamlanması və bu problemə necə yanaşmaq lazım olduğu barədə öz təkliflərini masaya qoyubsa, qarşı tərəf (Rusiya) isə bu təkliflərlə razılaşdığını ifadə edibsə, o zaman orada heç bir razılığın olmadığını iddia etmək birtəhər, necə deyərlər, o qədər də zərif səslənmir".

Ekspertlər Lavrovun bu bəyanatını ABŞ və Rusiya arasında dondurulmuş böhranların nizamlanması istiqamətində Alyaskada diplomatik kompromislərin, əslində, əldə olunduğuna, lakin daxili siyasi təzyiqlər səbəbindən Vaşinqtonun bu razılaşmalardan geri addım atmağa çalışdığına dair açıq bir işarə kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR