İnsanlara hürriyət, millətlərə istiqlal!

""Linza" taxırdım ki, Mələkxanımın gözləri kimi olsun"

1043 24.04.2026 12:08 Şou-biznes A A

Aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində maraqlı etirafı ilə diqqət çəkib.

O, Xalq artisti Mələkxanım Eyubovaya olan heyranlığından danışıb. Aparıcı bildirib ki, sənətkarın gözəlliyinə, xüsusilə də göz rənginə vurğun olduğu üçün bir müddət linza istifadə edib.

Onun sözlərinə görə, hətta bir vaxtlar göz rəngini dəyişdirmək üçün əməliyyat etdirməyi də düşünüb. Lakin daha sonra bu fikirdən daşınıb və qeyd edib ki, nə qədər dəyişiklik etsə də, Mələkxanım Eyubovaya bənzəməyin mümkün olmadığını anlayıb.

Aparıcının bu səmimi etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR