Livan ordusunun xüsusi təyinatlı qüvvələri Əl-Məşrəf ərazisindəki mövqelərinin atəşə tutulmasından sonra sərhədin Suriya tərəfinə cavab atəşi açıb.
Musavat.com xəbər verir ki, məlumatı Elnaşra xəbər portalı yayıb. Xəbər portalının məlumatına görə, Suriya təhlükəsizlik qüvvələri ilə atışma Livan hakimiyyətinin Əl-Qaa sərhəd keçid məntəqəsini bağlamasına səbəb olub. Hermelin şimalındakı sərhəd hissəsinə gücləndirilmiş qüvvələr yerləşdirilib.
Daha əvvəl Livan qoşunları bu ərazidə Dendash klanından olan bir qaçaqmalçı dəstəsi ilə toqquşmuşdu. Silahlılar itki verərək Suriyaya geri çəkilmişdilər.
Suriya-Livan sərhədində ən son silahlı insident 17 avqustda Livan ordusunun Kfar Zabad dağlıq bölgəsində terrorçu qrupun ölkəyə daxil olmasının qarşısını aldığı zaman baş vermişdi.
Musavat.com






