İnsanlara hürriyət, millətlərə istiqlal!

Orenburqda DƏHŞƏT: Hava limanı bağlandı - "Qazprom"un nəhəng zavodu VURULDU

1020 24.06.2026 09:27 Dünya A A

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) iyunun 24-ü, çərşənbə günü Rusiyanın Orenburq vilayətinə kütləvi hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yevgeni Solntsev öz "Telegram" kanalında məlumat yayıb.

Qubernatorun sözlərinə görə, bir neçə dron Orenburqdakı sənaye müəssisəsinin üzərində vurularaq zərərsizləşdirilib.

O, söhbətin hansı müəssisədən getdiyini dəqiqləşdirməyib və dəymiş ziyan barədə əlavə məlumat verməyib.

Məlumata görə, Ukraynanın "Exilenova+" monitorinq kanalı zərbənin Orenburq Qaz Emalı Zavoduna endirildiyini iddia edir.

Lakin bu informasiya hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Eyni zamanda, səhər erkən saatlarda "Rosaviasiya" təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.

Qeyd edək ki, hücuma məruz qaldığı iddia edilən Orenburq Qaz Emalı Zavodu Rusiya qaz sənayesinin ən böyük müəssisələrindən biridir və "Qazprom"un tərkibinə daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR