İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Sülh Şurası Kiprdə toplaşacaq

445 24.06.2026 09:20 Siyasət A A

ABŞ prezidenti Donald Trampın sülh planı çərçivəsində müharibədən sonrakı dövrdə Qəzza zolağını idarə etməyi planlaşdıran Sülh Şurası gələn həftə Kiprdə toplaşacaq.

Musavat.com xəbər verir ki, məlumatı İsrailin "The Times of Israel" qəzeti mənbələrə istinadən yayıb.

Məlumata əsasən təşkilatın icra şurasının, Fələstin Qəzza İdarəetmə Komitəsinin və Sülh Şurasının Ali Nümayəndəsi Nikolay Mladenovun ofisinin nümayəndələri Kipr kurortunda keçiriləcək görüşdə iştirak edəcək.

İsrail qəzeti “vasitəçi ölkələrdən birindən olan ərəb diplomatına” və “vəziyyətlə tanış olan Fələstin rəsmisinə” istinad edərək qeyd edib ki, Kipr görüşünün tərəflərin “yenidən yoxlaması” və “razılığa gəlməsi” üçün “vəziyyəti yenidən qurması” gözlənilir. Bununla belə, qəzet həmçinin bəzi Sülh Şurası üzvlərinin “Qəzza əhalisinin davam edən əzabları fonunda görüşün Kipr kurortunda keçirilməsi” planından narazı olduqlarını və buna görə də görüşə dəvət olunan “qonaqların siyahısının azaldılması qərarı verildiyini” bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR