İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan yenə Ukraynaya qarşı çıxdı - "800 milyard alacaqlar, mümkün deyil"

861 08.01.2026 23:35 Dünya A A

Macarıstan Ukraynanın 20 maddəlik sülh planını əsassız hesab edir, çünki bu plan onun Avropa Birliyinə daxil olmasını və Qərb ölkələri tərəfindən ona 800 milyard dollar ayrılmasını nəzərdə tutur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu hökumət aparatının rəhbəri Gergeli Qulyas jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Macarıstan hökumətinin 7 yanvar tarixli iclasında Kiyev tərəfindən hazırlanan və Ukrayna mediasında dərc olunan Ukraynadakı münaqişənin həlli üçün sülh planını müzakirə etdiyini bildirib. "Bu plan Ukraynanın 2027-ci ildə Avropa Birliyinə daxil olmasını nəzərdə tutur. Biz bunu qeyri-mümkün hesab edirik və bunda tək deyilik", - deyə Qulyas bir sıra digər Aİ ölkələrinin Ukraynanın icmaya tələsik daxil olmasına qarşı çıxdığını xatırladaraq bildirib.

Bundan əlavə, Ukrayna Qərb ölkələrindən 10 il ərzində yenidənqurma üçün ona 800 milyard dollar ayırmasını istəyir. "Bu pul Macarıstanda 40 il ərzində pensiyaları ödəyə bilər. Macarıstan Aİ-yə qoşulduqdan bəri ondan 73 milyard avro alıb", - deyə aparat rəhbəri müqayisə üçün qeyd edib. O, Budapeştin Kiyev və Brüssel tərəfindən razılaşdırılmış bu planların həyata keçirilməsində iştirak etməyəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri macarıstanlı rəsmilər bütün hallarda Rusiyaya haqq qazandırır, Ukraynanın ümdə mənafelərinə zidd olan qərarlar qəbul verir, çıxışlar edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR