İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın qəfil hücumunun səbəbi nə idi? - İlham İsmayılın şərhi

891 08.06.2026 22:26 Analitika A A

İyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Rəsmi Tehran bildirib ki, bu İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əlaqəlidir. İsrail ordusu isə İranın mərkəzi və qərb regionlarındakı hərbi obyektlərə hücum edib.

ABŞ Prezidenti tərəflərə müraciət etdikdən sonra atəşkəs elan olunub.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a şərhində bildirib ki, baş verən qısamüddətli gərginliyin əsas səbəbi danışıqlar prosesində konkret yanaşmanın olmamasıdır:
“40 günlük savaşdan sonra xeyli müddət sakitlik var idi. İran və İsrail arasında raket hücumları, ardınca İsrailin Livanın cənubuna, Beyruta, Hizbullaha zərbələr vurması ilə yenidən gərginlik yarandı. Əsas səbəb aparıcı qüvvənin ABŞ olduğu danışıqlarda sərtliyin, konkretliyin olmaması, Donald Trampın zəif davranış nümayiş etdirməsi, məsələləri axarına buraxması, gələn həftələr”in uzanmasıdır, 2 ay keçməsinə baxmayaraq, Hörmüz boğazı tam açılmayıb…Donald Tramp hazırda futbol üzrə dünya çempionatının açılışına hazırlıq gördüyü üçün bütün diqqətini bu məsələyə yönəldib. O, tərəflərə bildirib ki, çempionatdan sonra İranla sənəd imzalanması mümkün olacaq, başqa sözlə tələblər yerinə yetirilmiş olacaq. Ancaq göründüyü kimi, İran ABŞ, hətta İsrail tərəfindən müdaxilə olmasını gözləmədən İsrailə raket zərbəsi endirdi. İsrail də hücumlara aviazərbələrlə cavab verdi. Donald Trampın xahişi ilə İran və İsrail arasında atəşkəs elan olunub. Benyamin Netanyahu İrana zərbələr endirməyəcəyinə dair söz versə də, Beyrutun cənubuna hər hansı şəkildə zərbələr endirəcəyinə qətiyyətlə söz verdi çünki sərhədyanı bölgədə yaşayan mülki əhali Hizbullah tərəfindən daim təhlükəyə məruz qalır. İran vəziyyətin gərginləşməsinin, yenidən hərbi əməliyyatların tərəfdarı deyil. Buna görə də qısa müddətdə geri çəkildi. Təəssüf ki, ABŞ-nin danışıqlarda sərt mövqe göstərməməsi həm İsrailin, həm də körfəz ölkələrinin zərbələrə məruz qalması ilə nəticələnib”.

İ.İsmayılın fikrincə, ABŞ 40 günlük müharibədə silah-sursat ehtiyatından maksimum istifadə edib: “Hazırda bununla bağlı çatışmazlıqlar var. Yeni istehsal olsa da, çatışmazlıqların olması ilə əlaqədar Tramp ABŞ-nin müharibəyə qoşulmasını istəmir. Bu prosesdə şərtlər daha sərt olsa idi, bəlkə də İranla dil tapmaq mümkün olardı. Hesab edirəm ki, futbol üzrə dünya çempionatı bitəndən sonra Tramp aralıq seçkilərə əliboş getməmək üçün bəlkə İranla çox sərt danışa bilər. Ardınca növbə Kubada ola bilər”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR