İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Tiflisdən açıqlama: “Rusiya təhdiddir”

689 08.06.2026 21:26 Dünya A A

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili regiondakı təhlükəsizlik vəziyyəti ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, nazir Gürcüstan ərazilərinin işğal altında qalmasının və Rusiya hərbi qüvvələrinin Abxaziya ilə Tsxinvali regionunda mövcudluğunun təkcə Gürcüstan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddi təhlükəsizlik çağırışı yaratdığını bildirib.

Boçorişvili qeyd edib ki, bu qüvvələrin bölgədə mövcudluğu regionun sabitliyi üçün risklər yaradır.

Nazir həmçinin Azərbaycanın və Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdikləri dəyişməz dəstəyə görə təşəkkür edib. O vurğulayıb ki, Bakı və Ankara bu məsələdə daim prinsipial mövqe nümayiş etdiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR