Macarıstan 2028-ci ilin sonuna qədər Paks nüvə elektrik stansiyasında yalnız Rusiya nüvə yanacağından istifadə edəcək, bundan sonra isə Westinghouse tərəfindən istehsal olunan Amerika yanacaq elementlərini almağı planlaşdırır.
Musavat.com xəbət verir ki, bunu Macarıstanın energetika naziri Çaba Lantos Inforadio radiosuna verdiyi müsahibədə açıqlayıb: "Planlara görə, 2028-ci ildən sonra Paks AES üçün yanacağın 75 faizini Rusiya lisenziyaları ilə istehsal olunan Fransa, 25 faizini isə Amerikadan alınacaq”.
O, Macarıstanın yalnız bir təchizatçıdan asılı olmaq istəmədiyini deyib. Lantos xatırladıb ki, Paks AES üçün yanacaq Avropada Rosatom və Fransanın Framatome şirkəti tərəfindən yaradılan birgə müəssisədə istehsal olunacaq. Bundan əlavə, Macarıstan zavod üçün öz nüvə yanacağını inkişaf etdirməyə razılıq verən Amerika şirkəti Westinghouse ilə müqavilə imzalayıb: "Əsasən, yanacağın dörddə üçünü Rusiya-Fransa birgə müəssisəsi, qalan dörddə biri isə, planlara görə, lisenziyalaşdırma prosesindən sonra Amerika şirkəti Westinghouse tərəfindən təmin ediləcək".
Dekabrın 7-də Macarıstanın xarici işlər naziri Peter Siyarto Paks Atom Elektrik Stansiyasının Rusiyadan daha bir partiya nüvə yanacağı aldığını və ehtiyatlarının artıq 2028-ci ilin noyabr ayına qədər çatacağını açıqlayıb. 1980-ci illərdə sovet mütəxəssisləri tərəfindən tikilmiş stansiya Macarıstanda istehsal olunan bütün elektrik enerjisinin yarısını və istehlak edilən bütün elektrik enerjisinin üçdə birini istehsal edir.
Musavat.com






