İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro ABŞ xalqını Venesuelanın “demokratik quruluşunu” müdafiə etməyə çağırıb

331 19.12.2025 09:52 Dünya A A

Venesuela prezidenti Nikolas Maduro ABŞ xalqını Cənubi Amerikadakı müharibəyə və Venesuelada rejim dəyişikliyi planlarına qarşı çıxmağa çağırıb.

Musavat.com xəbər verir ki, o, çağırışını Venezolana de Televisión televiziya kanalında səsləndirib:  "Amerika Birləşmiş Ştatları xalqı güclü səslərini qaldırmalı və hərbi planlara "yox", Cənubi Amerikada müharibəyə "yox", Venesuelada rejim dəyişikliyinə "yox", neft uğrunda qan tökülməsinə "yox" deməlidir".

Maduro iddia edib ki, ABŞ administrasiyası Venesuelanın demokratik respublika rejimini müstəmləkə rejimi ilə əvəz etməyi planlaşdırır. O, vurğulayıb ki, "bu, baş verməyəcək, çünki bu gün müstəmləkəçilik dövrü deyil". O, "dövlətlərin və xalqların suverenliyinə hörmət" tələb edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR