İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro məhkəməyə aparılarkən görüntüləndi: Həyat yoldaşı ilə birlikdə helikopterə mindirildi

836 05.01.2026 16:35 Gündəm A A

Venesuelanın sabiq prezidenti Nikolas Maduronun məhkəməyə aparılması ilə bağlı yayılan video görüntülər beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, kadrlarda Nikolas Maduro həyat yoldaşı Siliya Floreslə birlikdə zirehli avtomobildən düşərək ciddi təhlükəsizlik tədbirləri altında helikopterə mindirilir. Görüntülər Maduronun saxlanılmasından sonra ilk dəfə açıq şəkildə kameralara düşməsi baxımından diqqət çəkir. Onun ətrafında ağır silahlı mühafizəçilərin və xüsusi təyinatlıların olduğu açıq görünür.

Məlumata görə, Maduro xüsusi mühafizə rejimində saxlanılır. Təhlükəsizlik protokollarına əsasən, onun yeri və hərəkət marşrutu məxfi tutulur, məhkəmə prosesinə isə hava yolu ilə aparılması risklərin yüksək olması ilə izah edilir. ABŞ tərəfi Maduronun həm təhlükəsizliyinin təmin edildiyini, həm də onun mümkün tərəfdarlarının və ya kənar müdaxilələrin qarşısının alındığını bildirir.

Xatırladaq ki, Nikolas Maduro bir sıra ağır ittihamlar – beynəlxalq narkotik dövriyyəsi, transmilli cinayətkarlıq şəbəkələri ilə əlaqə və insan haqlarının kütləvi şəkildə pozulması ilə bağlı məhkəmə qarşısına çıxarılmalıdır. Prosesin Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR