İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro üçün şok ssenari: P. Diddy və Epşteyn işi ilə tanınan izolyator

835 04.01.2026 13:19 Dünya A A

Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ-da saxlanma təcridxanasına göndəriləcəyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, söhbət hazırda tanınmış məhbusların saxlandığı izolyatordan gedir. Həmin müəssisədə rep ifaçısı P. Diddy, UnitedHealthCare şirkətinin baş direktorunun qətlində təqsirləndirilən Luici Mandjone və Cefri Epşteynin əlaltısı kimi tanınan Gisleyn Maksvel saxlanılır.

"Axios" qeyd edir ki, sözügedən müəssisə köhnə infrastrukturu, antisanitar şəraiti və zəif təhlükəsizlik sistemi ilə seçilir. Mənbələr bu amillərin Maduronun saxlanma şəraiti ilə bağlı əlavə suallar yaratdığını bildirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR