İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev Avropadan gələn “sülhpərvər” açıqlamalara təəccübləndi

402 23.12.2025 23:14 Dünya A A

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa siyasətçilərinin son açıqlamalarını gözlənilməz adlandırıb.

Musavat.com xəbər verir ki, Medvedevin sözlərinə görə, Avropadan səslənən bəyanatlar əvvəlki sərt ritorika ilə kəskin ziddiyyət təşkil edir. O, xüsusilə Almaniyanın müdafiə naziri Boris Pistoriusun NATO ilə Rusiya arasında müharibəyə inanmadığını deməsini və Finlandiya prezidenti Alexander Stubbun Rusiyanın alyans ölkələrinə hücumda maraqlı olmadığını etiraf etməsini vurğulayıb.

Medvedev bu açıqlamaların fonunda ritorik sual səsləndirib: Avropalı siyasətçilər ayılıblar, yoxsa sadəcə Milad tətilinin təsiri hiss olunur? Onun fikrincə, bu cür “sülhpərvər” mövqelər son illərdə Qərbdə hökm sürən aqressiv siyasi xəttlə uzlaşmır.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri NATO ilə Rusiya arasında birbaşa müharibə ehtimalını real saymadığını bildirib, Finlandiya prezidenti isə Rusiyanın alyans ölkələrinə hücum etmək niyyətində olmadığını açıq şəkildə dilə gətirib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR