İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksika hərbi təyyarəsi ABŞ-da qəzaya uğradı: 5 ölü var

319 23.12.2025 08:48 Hadisə A A

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi təyyarə ABŞ-ın Texas ştatında qəzaya uğrayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, təyyarədə ümumilikdə 8 nəfər olub: 2 ekipaj üzvü və 6 sərnişin. Təyyarə yanıq yaraları almış şəxsləri Qalveston şəhərindəki xəstəxanaya apararmış.

Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyinin məlumatına görə, humanitar missiyada olan təyyarənin eniş zamanı qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. Nazirliyin Facebook səhifəsində dərc olunmuş açıqlamada deyilir: "Hərbi Dəniz Qüvvələri Nazirliyi bildirir ki, hazırda təyyarədəki səkkiz nəfərlə bağlı aşağıdakı məlumatlara malikdir: iki nəfər sağdır, beş nəfər təəssüf ki, həlak olub və bir nəfər hələ tapılmayıb".

Daha əvvəl nazirlik humanitar missiyada olan King Air ANX 1209 təyyarəsinin Qalveston yaxınlığında eniş edərkən qəzaya uğradığını açıqlamışdı.

Ölənlərdən biri yanıq xəsarətlərinə görə xəstəxanaya aparılan uşaqdır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR