Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində ikinci mərtəbədən yıxılan 11-ci sinif şagirdinin vəziyyəti açıqlanıb.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Musavat.com-a bildirilib ki, 18.02.2026-cı il tarixində saat 11:00 radələrində 1 nəfər (kişi) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“2008-ci il təvəllüdlü yeniyetməyə sağ topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, 2008-ci il təvəllüdlü Elmin Kasumov hələ ki məlum olmayan səbəbdən oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı şagird təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Şahanə Rəhimli
Musavat.com






