İnsanlara hürriyət, millətlərə istiqlal!

Melonidən SƏRT BƏYANAT: İrana görə ABŞ və İsraili TƏNQİD ETDİ

1190 11.03.2026 14:27 Dünya A A

İtaliyanın baş naziri Corciya Meloni ABŞ və İsrailin İrana endirdiyi zərbələrin beynəlxalq hüququ pozduğunu bildirib.

Musavat.com xəbər verir ki, Meloni bu barədə çərşənbə günü İtaliya Senatında çıxışı zamanı danışıb.

O, mövcud vəziyyəti genişmiqyaslı beynəlxalq böhran kimi qiymətləndirib.

Baş nazir qeyd edib ki, hazırda “təhdidlər getdikcə daha qorxulu xarakter alır, beynəlxalq hüququn çərçivəsindən kənarda həyata keçirilən birtərəfli müdaxilələrin sayı isə artır”.

Meloni həmçinin İranın cənubundakı Minab şəhərində qızlar məktəbinə endirilən zərbəni qətiyyətlə pisləyib.

O, bu faciəyə görə məsuliyyət daşıyan şəxslərin tez bir zamanda müəyyən edilərək məsuliyyətə cəlb olunmasına çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR