İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm" - Bəhram Bağırzadə

1379 21.09.2025 11:07 Şou-biznes A A

"Bundan sonra nə məmur, nə rəis, nə vəzifəli şəxs, nə nazir olmaq istəyirəm. Hətta Xalq artisti də olmaq istəmirəm".

Bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "EDNews"a müsahibəsində deyib. O, "Xalq artisti" adı almaq istəmədiyini açıqlayıb: 

"Hərdən mənə deyirlər ki, vaxtı gəlib, "Xalq artisti" adı al. Cavab verirəm ki, "Allah haqqı istəmirəm. Versələr də, imtina edəcəyəm". Çünki ayıbdır. Mən nə Müslüm Maqomayevəm, nə Rəşid Behbudov, nə də Şövkət Ələkbərovayam. Məni onlarla bir səviyyədə tutmaq günahdır. "Əməkdar artist" adım var. Bunu haqq etdim. 35 il işləmişəm. Amma "Xalq artisti" adı istəmirəm".  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR