İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aparıcı xərçəngə tutuldu- FOTO

1291 15.11.2025 02:46 Şou-biznes A A

Türkiyəli aparıcı və yazar Ece Vahapoğlu iki aydır bağırsaq xərçəngi müalicəsi aldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, sosial media hesabından paylaşım edən Vahapoğlu bu müddət ərzində keçirdiyi təcrübələri və hisslərini səmimi şəkildə bölüşüb.

Vahapoğlu bildirib ki, ona xərçəng diaqnozu qoyulub və dərhal müalicəyə başlanılıb. "Çox şükür, üçüncü kemoterapiya seansım bu həftə tamamlandı. Özümü yaxşı hiss edirəm. Həyat nə gətirsə gətirsin, həmişə şükür edirəm," - deyə o, bildirib.

O, sağlam həyat tərzinə - idman, düzgün qidalanma, yoqa və meditasiyaya baxmayaraq xəstəliyə tutulmasının, müntəzəm tibbi müayinələrin nə qədər vacib olduğunu bir daha göstərdiyini vurğulayıb:

"Mənim qədər sağlam yaşayan, balanslı qidalanan, idman edən birinin də başına gələ bilər... Xahiş edirəm, tibbi müayinələrinizi axsatmayın." 

1302283_(2).jpg (42 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR