AK Partiya Karaman millət vəkili Selman Oğuzhan Eser, həyat yoldaşı və uşaqları ilə birlikdə ağır qəzaya düşüb.
Musavat.com xəbər verir ki, hadisənin görüntüləri avtomobilin videoqeydiyyat kamerası tərəfindən anbaan lentə alınıb.
Qəza saat Karaman-Konya magistral yolunun Kaşınhanı məhəlləsi yaxınlığında baş verib. Millət vəkili Eser Ankaraya hərəkətdə olarkən qarşısına qəfil çıxan yük maşını ilə toqquşmamaq üçün manevr edib. Bu anda avtomobil idarəetməni itirərək orta zolaqdakı yol nişanına çırpılıb.
Görüntülərdə yük maşınının qəfildən Eserin avtomobilinin qarşısına daxil olduğu, millət vəkilinin isə son anda yoldan çıxaraq daha ağır toqquşmanın qarşısını aldığı aydın görünür.
Qəza sonrası Selman Oğuzhan Eser, həyat yoldaşı və uşaqları təcili yardımla Konya Şəhər Xəstəxanasına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu, müayinə olunduqdan sonra evə buraxıldıqları bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Musavat.com






