İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə beynəlxalq parlament konfransı başladı

540 29.10.2025 10:23 Siyasət A A

Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı işə başlayıb.

Tədbir "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunub.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçisi iştirak edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR