İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin və onun Aparatının saxlanması üçün 52,74 milyon manat ayrılacaq

715 21.11.2025 13:21 Ölkə A A
 
Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi parlamentdə müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com bildirir ki, Milli Məclis İşlər müdiri Firudin Hacıyev iclasda çıxış edib.

Bildirib ki, Milli Məclisin və onun Aparatının saxlanması üçün 52,74 milyon manat təşkil edəcək. Bu smetanın ümumi məbləğinin 75–88%-i əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı ayırmaların payına düşür:

“2026-cı il üçün smetanın əksər xərcləri aşağıdakı sahələrə yönəlib:
- malların, iş və xidmətlərin alınması,
- dəftərxana və təsərrüfat ləvazimatları,
- kompüterlər, kartriclər, server avadanlıqları,
- mebel dəstləri, kristallar,
- nəqliyyat vasitələrinin əsaslı və cari təmiri,
- mətbəə və çap işləri,
- təmizlik və digər təsərrüfat xidmətləri”.
 
E.Paşasoy,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR