İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonlarla vətəndaş özünə kredit qadağası qoydu

1523 30.12.2025 11:48 Region A A

Birləşmiş Kredit Bürosu (OKB) Rusiyada kreditlərə özünəqadağa mexanizmi üzrə ilin yekunlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, rəsmi məlumatlara görə, son bir il ərzində bu mexanizmdən istifadə edən vətəndaşların sayı kəskin artıb.

Belə ki, kredit götürməyə özünəqadağa tətbiq olunması üçün 20 milyondan çox müraciət daxil olub və hazırda 17,3 milyon Rusiya vətəndaşı üçün kreditlərə tam və ya qismən qadağa qüvvədədir. Bu göstərici əhalinin maliyyə ehtiyatlılığının və şəxsi maliyyə intizamının yüksəldiyini göstərir.

Eyni zamanda, 1,6 milyon müraciət əsasında özünəqadağanın ləğvi də təsdiqlənib.

Statistikaya əsasən:

91,3% vətəndaş bütün növ kreditlərə tam qadağa qoyub;

4,2% yalnız banklar və MFO-larda onlayn kreditləşməni məhdudlaşdırıb;

1,5% isə yalnız mikromaliyyə təşkilatlarından kredit götürməyi bloklayıb.

Ən fəal istifadəçilər 35–45 yaş aralığında olanlardır - hər beş müraciətdən biri bu yaş qrupunun payına düşür. Regional bölgü üzrə isə lider Moskvadır: paytaxtda 1,8 milyon kredit qadağası rəsmiləşdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR