İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümü ilə bağlı təfərrüatlar: Maşında qəfil halı pisləşib

1136 18.12.2025 12:00 Ölkə A A

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Sumqayıt şəhərində baş verib. Müşfiq Fəttayev bibisi oğlu ilə birlikdə avtomobillə kursda olan bacısının arxasınca gedirmiş. Hərəkət zamanı gəncin qəfil halı pisləşib və o, avtomobildə keçinib. Qohumu dərhal onu xəstəxanaya çatdırsa da, Müşfiq Fəttayevin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, mərhumun nəşi Saray qəsəbəsində yaşayan babası Mirmahmud Mirəlioğlunun evindən götürüləcək. Dəfn mərasimi Sumqayıt şəhərində yerləşən qəbiristanlıqda keçiriləcək.

Saytımıza verilən məlumata görə, Müşfiq Fəttayev indiyədək ürəyi ilə bağlı hər hansı ciddi şikayət etməyib. Bununla belə, o, mütəmadi olaraq idmanla, xüsusilə də boksla məşğul olurmuş.

Mərhum Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olub və yaxınları tərəfindən sağlam, aktiv həyat tərzi sürən gənc kimi tanınıb.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun ailəsində bu, ilk belə faciə deyil. Onun oğlu, 11-ci sinif şagirdi olan Mircəlil Fəttayev 2009-cu il oktyabrın 2-də, 28 yaşlı qızı Mahirə Fəttayeva isə 2012-ci il iyunun 11-də ürəktutmadan vəfat edib. Ardıcıl yaşanan bu itkilər ailənin faciəsini daha da ağırlaşdırır. Müşfiq Fəttayevin vaxtsız ölümü ictimaiyyətdə dərin təəssüf hissi doğurub. Musavat.com mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR