İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyandan son dəqiqə SÜLH AÇIQLAMASI: İrəvan hazırdır

3130 14.05.2025 15:10 Ölkə A A

Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və yekunlaşdırıldığını elan ediblər.

"Nazirlərin bugünkü qərarlarından birində bu mühüm fakt bir daha qeyd olunur və sazişin mümkün qədər tez imzalanması və ratifikasiyası tələb olunur. Mən Ermənistanın bu yolla getməyə hazır olduğunu bir daha təsdiq edirəm", - deyə o, Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR