ABŞ ilk dəfə Venesuelada hədəfə hücum edib: MKİ-nin pilotsuz təyyarəsi ölkə sahillərində narkotik daşınması üçün istifadə edilən uzaq bir doku məhv edib.
Musavat.com xəbər verir ki, bu barədə xəbər yayan CNN-nin mənbələrinə görə, zərbə ABŞ kəşfiyyat orqanlarının Tren de Aragua cinayətkar qruplaşması tərəfindən idarə olunduğuna inandığı bir obyekti hədəf alıb. Dok sonrakı daşınma üçün narkotik maddələrin saxlanması məsədilə istifadə olunurmuş. Hücum zamanı ərazidə heç kim olmayıb.
ABŞ prezidenti Donald Tramp 26 dekabrda verdiyi müsahibədə dolayı yolla əməliyyatı təsdiqləyərək "gəmilərin gəldiyi böyük bir obyekt"in məhv edildiyini bildirib. Daha sonra o, "gəmilərin narkotiklə yükləndiyi doklardan" danışdığını bildirib. O, zərbənin hərbçilərin və ya MKİ-nin həyata keçirib-keçirmədiyini açıqlamaqdan imtina edib.
ABŞ hakimiyyəti narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün genişmiqyaslı kampaniyasını davam etdirir. Məlumatlara görə, son aylarda Karib dənizində və Sakit okeanın şərqində 30-dan çox gəmi məhv edilib. Karakasa qarşı əvvəllər də təhdidlər edilib, lakin hazırkı hücum Venesuela ərazisinə ilk təsdiqlənmiş hücumdur.
Musavat.com






