Azərbaycan vətəndaşı Monqolustanda köməksiz vəziyyətdə qalıb.
Musavat.com xəbər verir ki, Lerik rayonunun Piran kənd sakini Həsənov Məhəmməd Kərim oğlu (anası Qədimova Bilqeyis) hazırda Monqolustanın Bayan-Ölgii bölgəsində ölümlə mübarizə aparır. Onun səhhətində ciddi problemlər olduğu bildirilir.
Məlumata görə, həkimlər xəstənin təxminən 3 ay ömrü qaldığını qeyd ediblər. Onun vəziyyəti kritikdir və Azərbaycana geri qaytarılması üçün təcili yardım tələb olunur.
Qeyd edək ki, Monqolustanda Azərbaycanın səfirliyi fəaliyyət göstərmir.
Bu səbəbdən Piran kəndindən olan yaxınları, tanışları və qohumlarının axtarıldığı, həmçinin onun Azərbaycana gətirilməsi üçün kömək göstərmələrinin xahiş olunduğu bildirilir.
Əlaqə nömrəsi: +976 94 82 21 10


Şahanə Rəhimli
Musavat.com






